Rusiyada “Booking.com”un fəaliyyəti məhdudlaşdırıla bilər

23.05.2018 15:28

Rusiya Federal Turizm Agentliyi Mədəniyyət Nazirliyinin tapşırığı ilə otellərin internet bronlaşdırma sistemi olan "Booking.com”un Rusiyada fəaliyyətinin məhdudlaşdırılması təklifini nəzərdən keçirir.

AZƏRTAC xəbər verir ki, agentlik qərarnı iyunun 4-də açıqlayacaq. Məsələ ilə bağlı Rusiyanın müvafiq turizm agentliklərinə və şirkətlərinə sorğu göndərilib. Ehtimal ki, məhdudiyyət yalnız Rusiya otellərinə və Rusiya ərazisində olan müştərilərə aid olacaq. Eyni zamanda, rusiyalılar xarici ölkələrdə və əcnəbilər xaricdən Rusiyadakı otellərdə nömrələri "Booking.com” vasitəsilə bron edə biləcəklər.

ABŞ-ın "Booking Holdings” şirkətinə məxsus "Booking.com” beynəlxalq onlayn bronlaşdırma sistemi 1996-cı ildə yaradılıb.

© xezerxeber.az


249 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR