Ölkədə meyvə-tərəvəz qıtlığı gözlənilir? - Nazirlikdən açıqlama

19.04.2018 13:19

Kənd Təsərrüfatı Nazirliyi son günlər ölkə üzrə hava şəraitinin qeyri-sabit keçməsinin meyvə-tərəvəz qıtlığına səbəb olacağı ilə bağlı məlumatlara münasibət bildirib.

Nazirliyin mətbuat xidmətinin rəhbəri Murtuəli Hacıyev AzVision.az-a bildirib ki, havaların yağışlı keçməsi taxıl, yazlıq tərəvəz əkinləri üçün əlverişlidir.

"Taxıl əkinləri, xüsusilə dəmyə əkinləri üçün yağış əlverişlidir. Hazırda taxılın inkişafı boruya çıxma və sünbülləmə fazasının arasıdır. Bu fazada taxılın suya daha çox ehtiyacı olduğu dövrdür. Yağış torpaqda nəmliyin, rütubətin toplanmasına şərait yaradır. Yazlıq bitkilər üçün səpilmiş sahələrə də yağışların olması xeyli dərəcədə müsbət haldır. Yağış cücərtilərin tez alınmasına, bitkilərin inkişafına müsbət təsir göstərir”.

M.Hacıyev, həmçinin vurğulayıb ki, dağlıq, dağətəyi bölgələrdə hava şəraitinin uzun müddət şaxtalı keçməsi meyvəçiliyə mənfi təsir göstərə bilər: "Hər bitkinin özünün bioloji xüsusiyyətləri var. Temperatur 5 dərəcədən yuxarı olarsa, bu, ağacın meyvəsinə təsir edə bilər. Hazırda ciddi fəsad yoxdur. Aran bölgələrində ağacların çiçəkləmə fazası gedir. Amma dağlıq, dağətəyi zonalarda çiçəkləmənin başlanğıc fazasıdır. Rayonlarla tez-tez əlaqə saxlayırıq, bizə fəsadlarla bağlı informasiya daxil olmayıb. Kənd təsərrüfatı riskli sahədir və havadan sığrotalanmır. Hələlik soyuq havanın təsirindən danışmaq tezdir”.

© xezerxeber.az


248 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR