“Azeri Light”ın qiyməti 67,5 dolları ötdü

23.02.2018 10:45

Azərbaycan neftinin qiyməti bahalaşır.

"Azeri Light” markalı neftin bir barrelinin qiyməti 0,99 dollar bahalaşaraq 67,53 dollar olub.

Londonun ICE ("InterContinental Exchange Futures”) birjasında "Brent” markalı neftin bir barrelinin qiyməti 0,11 dollar ucuzlaşaraq 66,28 dollar, Nyu-Yorkun NYMEX ("New York Mercantile Exchange”) birjasında "Light” markalı neftin bir barrelinin qiyməti isə 0,06 dollar azalaraq 62,71 dollar təşkil edib.

© xezerxeber.az


523 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR