Mahaçqaladan Azərbaycana aviareyslər yerinə yetirilə bilər

22.02.2018 15:04

Mahaçqala beynəlxalq aeroportundan Azərbaycana uçuşlar yerinə yetirilməsi üçün danışıqlar aparılır.
"APA-Economics”in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, hava limanının baş direktoru Arsen Pirmaqomedov qonşu ölkələrlə hava nəqliyyatı sahəsində əməkdaşlığı planlaşdırdıqlarını qeyd edib.
"Biz dağıstanlıların çoxluq təşkil etdiyi Azərbaycan, Gürcüstan, Qırğızıstanla hava əlaqələri qurmaq niyyətindəyik. Qeyd etdiyim ölkələrin Dağıstanla qarşılıqlı iqtisadi əlaqələri mövcuddur”, - deyə A.Pirmaqomedov vurğulayıb.

© xezerxeber.az


235 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR