Paris Bakının namizəd olduğu "Expo-2025" ilə bağlı müraciətini geri götürüb

21.01.2018 12:30

Parisin "Expo-2025" Ümumdünya Sərgisinə namizədliyi geri götürülüb.

APA-nın məlumatına görə, bu barədə bu gün Fransanın "Journal du Dimanche" qəzeti məlumat yayıb.

Fransa baş naziri Eduard Filipp bununla bağlı "Expo-2025" Təşkilat Komitəsinə məktub yazıb. Məktubda Parisin namizədliyini geri götürməsinin səbəbi kimi maliyyə durumu göstərilib. E. Filipp tədbirin keçirilməsi üçün zəruri olan biznes tərəfdaşlarının dva çatışmadığını qeyd edib.

Xatırladaq ki, Fransa 2017-ci il sentyabrın sonlarında "Expo-2025"-nin təşkili ilə bağlı namizədliyini irəli sürüb. Müraciətdə bildirilmişdi ki, sərgini 35-65 milyon insan ziyarət edə bilər.

Hazırda "Expo-2025" sərgisinin keçirilməsinə namizəd ölkələr Azərbaycan, Yaponiya və Rusiyadır. Sərginin keçirilməsi hüququ qazanmış ölkənin adı bu ilin noyabrında açıqlanacaq.

© xezerxeber.az


274 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR