ABŞ neft hasilatında Rusiyaya çatacaq

20.01.2018 15:16

Beynəlxalq Enerji Agentliyinin proqnozuna əsasən, ABŞ 2018-ci ildə neft hasilatını gözlənilmədən artıracaq və bu göstərici üzrə Rusiyaya çatacaq.

Təşkilatın məlumatına görə, ABŞ sutkada 10 milyon barreldən çox neft hasil edəcək.

Ümumilikdə, 2018-ci ildə ABŞ, Kanada və Braziliyada neft hasilatının artımı OPEC təşkilatına daxil olmayan ölkələrdə istehsalat həcminin ümumi olaraq gündəlik 1,7 milyon barrel artımını təmin edəcək. Agentliyin proqnozuna əsasən, bu, gündəlik 1,3 milyon barrel təşkil edəcək dünya tələbatının artımını qarşılamağa kifayət edəcək.

Eyni zamanda, Venesuelada hasilatın enməsi səbəbindən qiymətlərin bu dərəcədə artımı xüsusi əhəmiyyətli dərəcədə hiss olunmayacaq. OPEC ölkələri üçün ümumi istehsalat göstəricisi gündəlik 32,3 milyon barrel təşkil edəcək.

© xezerxeber.az


230 dəfə oxunub

XƏBƏRLƏR

28.05.2018 13:40

Payız havası olacaq...

ÇOX OXUNANLAR