Gələn il neftə tələbat artacaq

13.12.2017 17:21

2018-ci ildə qlobal neft tələbatı artacaq.

Bu barədə Neft İxrac edən Ölkələr Təşkilatının (OPEC) aylıq hesabatında deyilir. Bildirilir ki, noyabr ayında qlobal neft təklifi əvvəlki aya nisbətən 840 min barrel artaraq gündəlik 97 milyon 440 min barrelə yüksəlib. Ötən ay qeyri-OPEC ölkələrində neft hasilatı isə 810 min barrel artaraq gündəlik 57 milyon 820 min barrelə çatıb.

OPEC-in proqnozuna görə, gələn il qlobal neft tələbatı bu illə müqayisədə 1 milyon 510 min barrel artaraq gündəlik 98 milyon 450 min barrelə çatacaq. 2018-ci ildə OPEC-in neft tələbatı isə bu ilə görə 300 min barrel artaraq gündəlik 33 milyon 200 min barrel təşkil edəcək.

Gələn il qeyri-OPEC ölkələrinin neft təklifi 990 min barrel artaraq gündəlik 58 milyon 810 min barrelə çatacaq.

© xezerxeber.az


264 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR