Azərbaycanda banklarla bağlı mühüm təklif: İnvestisiya şirkətlərinə ehtiyac qalmayacaq

12.12.2017 17:44

Azərbaycanda fəaliyyət göstərən bankların dövlət qiymətli kağızlarını, o cümlədən Mərkəzi Bankın notlarını investisiya şirkətlərinin vasitəçiliyi olmadan əldə etməsi təklif olunur.

Bu məsələ, ötən ayın sonunda Maliyyə Bazarlarına Nəzarət Palatasında (MBNP) bankların, Milli Depozit Mərkəzinin (MDM), Bakı Fond Birjasının (BFB) və Azərbaycan Banklar Assosiasiyasının (ABA) nümayəndələri ilə birgə keçirilmiş görüşdə müzakirə obyekti olub.

Bununla əlaqədar "Qiymətli kağızlar bazarı haqqında” qanuna və Mülki Məcəlləyə dəyişiklik edilə bilər. Məqsəd kapital bazarının inkişafında bankların rolunu artırmaqdır.

© xezerxeber.az


323 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR