Bəzi yaşayış məntəqələrinin su təchizatı məhdudlaşdırılır

24.10.2017 11:19

"Azərsu" ASC-nin abonentlərinə xəbərdarlıq edib.

Qurumun İctimaiyyətlə əlaqələr şöbəsindən xezerxeber.az-a verilən məlumata görə, Bakı şəhəri Binəqədi rayonu Fərman Məlikov küçəsindən keçən magistral su xəttində yenidənqurma işlərinin aparılması ilə əlaqədar 24 oktyabr 2017-ci il tarixində gün ərzində Binəqədi rayonu 7-ci və 8-ci mikrorayonlarının bəzi ərazilərinə, eləcə də Azadlıq prospekti, Cəfər Xəndan və F.Məlikov küçələrinin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Yaranan narahatlıqla əlaqədar "Azərsu" ASC abonentlərdən üzr istəyir.

© xezerxeber.az


342 dəfə oxunub

XƏBƏRLƏR

19.11.2017 16:43

Lavrov İrəvana gedir

ÇOX OXUNANLAR