Bu il yol təsərrüfatına 505 min manatlıq maddi ziyan dəyib

24.10.2017 10:24

017-ci ilin 9 ayı ərzində Bakı şəhərində və respublikanın avtomobil yollarında 2150 ədəd yol nişanları, 825 ədəd məlumatverici lövhə, 10 948 ədəd siqnal dirəkləri, 826 ədəd siqnal bayraqları, 10 090 pm əyrixətli tirlər quraşdırılıb və bərpa edilib, 513,5 min kvadratmetr həcmində yolların boya ilə xətlənməsi işləri yerinə yetirilib.

Xezerxeber.az məlumat verir ki, bu barədə "Azəravtoyol" ASC-nin hesabatında deyilir.
Məlumatda deyilir ki, görülən tədbirlərə baxmayaraq, hesabat dövründə respublikanın avtomobil yollarında və Bakı şəhər yollarında 403 nəqliyyat hadisəsi baş verib, nəticədə 5921 pm əyrixətli tirlər, 16 ədəd işıq dirəyi, 11 ədəd yol nişanı yararsız hala düşüb. Ümumilikdə yol təsərrüfatına 504,6 min manat məbləğində maddi ziyan dəyib ki, bundan da 285,3 min manatı ödənilib (56,5%), o cümlədən respublika üzrə 235,8 min manat ödənilib ( dəymiş ziyanın 59,1%), Bakı şəhəri üzrə 49,5 min manat ödənilməsi təmin olunub ( dəymiş ziyanın 46,7 %).

© xezerxeber.az


55 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR