Azərbaycana gətirilən avtomobillərin sayı kəskin artıb

20.10.2017 13:15

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycana ümumilikdə 6643 ədəd avtomobil idxal olunub.

Xezerxeber.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, ötən ilin analoji dövrü ilə müqayisədə ölkəyə idxal olunan avtomobillərin sayı 2737 ədəd avtomobil və ya 70,07% artıb.

Ölkəyə gətirilən avtomobillərin 138 ədədi sürücü daxil olmaqla 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitələri, 5783 ədədi əsasən adamların daşınması üçün nəzərdə tutulmuş minik avtomobilləri və digər motorlu nəqliyyat vasitələri, 670 ədədi yük daşımaq üçün motorlu nəqliyyat vasitələri, 52 ədədi isə xüsusi təyinatlı motorlu nəqliyyat vasitələridir.

© xezerxeber.az


115 dəfə oxunub

XƏBƏRLƏR

19.11.2017 16:43

Lavrov İrəvana gedir

ÇOX OXUNANLAR