Dəmir yolunun Kürdəmir–Karrar mənzilində 8,7 kilometr yol əsaslı təmir olunur

25.09.2017 11:37

Dəmir yolunun Kürdəmir–Karrar mənzilində 8,7 kilometr yolun əsaslı təmirinə başlanılıb.

"Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin ictimaiyyətlə əlaqələr şöbəsindən xezerxeber.az-a bildirilib ki, Azərbaycan dəmir yollarının əsaslı təmir prosesinin növbəti mərhələsi həyata keçirilir. Belə ki, Bakı-Böyük Kəsik istiqamətində 600 kilometr dəmir yolu əsaslı təmir olunur. Bu gün isə Kürdəmir–Karrar mənzilində 8,7 kilometr uzunluğunda yolun əsaslı təmirinə start verilib.

Əsaslı təmir işlərini 5 saylı "İxtisaslaşdırılmış Dəmir Yolu Müəssisəsi” MMC-nin kollektivi həyata keçirir. MMC-nin baş mühəndisi İsmayıl Sadıqovun sözlərinə görə, təmir işləri bir həftə davam edəcək.

Xatırladaq ki, 2015-ci il aprelin 14-də "Azərbaycan Dəmir Yollarının Yenidən Qurulması” layihəsinin 2-ci mərhələsinin icrası məqsədilə, "Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti ilə Çexiya Respublikasının "MORAVİA STEEL” şirkətləri arasında "Azərbaycan Respublikası Dəmir Yollarının Bakı-Böyük Kəsik sahəsində 600 kilometr hissənin maddi–texniki təchizatı və əsaslı təmiri” barədə İxrac Müqaviləsinə əlavə Saziş imzalanıb. Yeni layihənin icrasına 2015-ci il oktyabr ayının sonlarında başlanılıb və bu günə kimi 350 kilometr dəmir yolu əsaslı təmir olunub.

© xezerxeber.az

FOTOQALERIYA






144 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR