Bərdə sakini qeyri-adi avtomobil düzəltdi - Bu maşın tam 5 aya ərsəyə gəlib - VİDEO

19.11.2018 20:28

Bərdə sakini dəmir çəlləkdən qeyri-adi avtomobıl düzəldib. Əsasən yük daşımaq üçün istifadə olunan avtomıbilə 4 nəfər rahat əyləşə bilər. Bu maşın tam 5 aya ərsəyə gəlib.

Daxili hissələri müxtəlif avtomobillərin detallarından ibarət olsa da, kabini dəmir çəlləklərdən düzəldilib..

Qeyri-adi avtomobil Bərdə sakini Tofiq Kərimovun beş aylıq əməyinin bəhrəsidir. Yararsız dəmir çəlləklərindən hazırlanan avtomobil iki qapılıdır. Ancaq içində 4 nəfər otura bilir. Onun sözlərinə görə, avtomobilin hazırlanmasında "VAZ"ın ehtiyat hissələrindən istifadə olunub. Sadəcə oturacaqlar xarici avtomobilindir.

Tofiq Kərimov maşını əkin sahəsində istifadə etmək üçün düzəldib və deyir ki, təsərrüfat işlərinə çox yarayır. O, hazırda əsasən yük daşıyan avtomobilin gələcəkdə iş funksiyasını artırmaq niyyətindədir.

Tofiq Kərimov deyir ki, istəyənlər üçün 2000 manata bu avtomobildən düzəldə bilər.

© xezerxeber.az


1017 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR