Ana 1 yaşındakı uşağını DÖYƏRƏK ÖLDÜRDÜ - Səbəbi tükləri BİZ-BİZ EDƏCƏK - VİDEO

19.11.2018 16:46

Türkiyənin Adana vilayətində tükürpədici bir hadisə baş verib.

Türkiyə KİV-i xəbər verir ki, ərinin onunla maraqlanmadığını iddia edən Aysel Y. bir yaşındakı körpəsini döyərək öldürüb.

Hadisə Seyhan mahalında Fatih məhəlləsində ötən gün gecə saatlarında baş verib. İddiaya görə, bir müddətdir imam nikahı ilə birlikdə yaşadığı İlham K.-nın onunla maraqlanmadığını əsas göstərən Aysel Y. bir yaşındakı qızı Pınar K.-nı döyərək öldürüb.

Polis tərəfindən saxlanılan ana media nümayəndələrinə "bəli öldürdüm, nə var? Allah ərimin bəlasını versin” deyib.

İlhami K.-nın iki dəfə rəsmi şəkildə evləndiyi, ikinci evliliyin hazırda davam etdiyi bildirilir.

Adana Respublika Baş prokurorluğu hadisə ilə əlaqədar istintaq başladıb./publika.az

© xezerxeber.az


1048 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR