İnsan xarakterinə doğum saatlarının böyük təsiri varmış - MÜTLƏQ OXUYUN

19.11.2018 16:16

Hələ qədim dövrlərdən insanlar hesab edirdilər ki, doğum tarixləri onların taleyini həll edir. Astroloqlar hesab edirlər ki, sutkanın müxtəlif vaxtlarında planetlər Yer kürəsinə öz təsirlərini göstərirlər.

XəzərXəbər doğum saatınıza görə hansı planetin təsiri altında olduğunuzu göstərən yazını təqdim edir.

00:00-dan 1:59-a qədər Merkuri vaxtı

Bu saatlarda doğulanlar adətən məktəbdə əlaçı olurlar. Onların dəqiq yaşını müəyyən etmək çox vaxt mümkün olmur.

2:00-dan 3:59-dək Venera vaxtı

Cəsur, zəhmətkeş, çox ailəcanlı olurlar.

4:00-dan 5:59-dək Mars vaxtı

Çox emosional və zəngin yumor hissi olan insanlardı.

6:00-dan 07:59-dək Neptun vaxtı

Özünəqapalı insanlardır. Dünyanın maddi nemətləri onlar üçün son planda gəlir.

08:00-dan 9:59-dək Uran vaxtı

Ünsiyyət sevəndirlər. Təklikdən çox qorxurlar. Olduqca yardımsevərdirlər.

10:00-dan 11:59-dək Saturn vaxtı

Bu insanları karyeradan başqa heç nə düşündürmür.

12:00-dan 13:59-dək Yupiter vaxtı

Bu insanlar liderlik xüsusiyyətlərinə malikdirlər.

14:00-dan 15:59-dək Pluton vaxtı

Çox güclü xarizmlaraı sayəsində insanları fikirlərindən daşındırırlar.

16:00-dan 17:59-dək Venera vaxtı

Venera bu saatlarda doğulan övladlarına romantik ruh bəxş edir.

18:00-dan 19:59-dək Merkuri vaxtı

Sağlam həyat tərzinin fanatlarıdırlar.

20:00-dan 21:59-dək Günəş vaxtı

Güclü temperamentləri var. Xüsusən də Günəş onları lap qaynar edir.

22:00-dan 23:59-dək Ay vaxtı

Əsrarəngizdirlər. Hisslərini tam çözmək heç vaxt mümkün olmur.

publika.az

© xezerxeber.az


532 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR