Bu gün bütün dünya silkələnəcək, SARAY ALT-ÜST OLACAQ: Türkiyəyə qarşı XAİN PLAN İFŞA EDİLİR

19.11.2018 15:24

Səudiyyəli jurnalist Camal Qaşıqçının öldürüldüyü an, sonrası və əvvəlinə aid səs yazıları bu gündən etibarən dərc olunmağa başlanılacaq.

Bu haqda Türkiyənin "Yeni Şəfəq” nəşrində siyasi şərhçi, yazar İbrahim Karagül yazıb.

Onun sözlərinə görə, bu vəhşi cinayətin törədilməsi, təşkil edilməsi, hazırlanması və təlimatın verilməsi ilə bağlı beynəlxalq müzakirələr "yeni sübutlar”ın ortaya qoyulmasını zəruri edib.

"Bu gün və ya bu həftə bunun üçün ən münasib vaxt kimi görünür. Qatillərin öz aralarındakı danışıqları, cinayəti işlədikdən sonra Ər-Riyadla danışması, vəliəhd şahzadənin (Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman nəzərdə tutulur –red.) cinayət əmrini verən adam olduğunu sübut edəcək dialoqlar, bəlkə Birləşmiş Ərəb Əmirlikləri və Misir kəşfiyyatının hadisədəki rolu, hətta İsrail kəşfiyyatının məlumatlılığı və ya cinayətin ABŞ ayağına dair məlumatlar...”, - Karagül yazıb.

Siyasi şərhçi qeyd edir ki, bu cür məlumatlar dünyanı sarsıdar, bölgədə zəlzələlərə səbəb olar, Səudiyyə sarayını alt-üst edər, regional güc strukturlaşmasında yeni vəziyyətlər yaradar.

Onun sözlərinə görə, söhbət bu gün sadəcə Qaşıqçı cinayətindən getmir, ortada regional bir müharibənin başladılması, Türkiyə ilə hesablaşma, Türkiyə içində yeni çevriliş ssenarilərinin hazırlanması, bəzi bölgə ölkələrində yeni vətəndaş müharibələrinin başladılması kimi hədəflər var.

Yazar qeyd edir ki, bu həftə çox radikal inkişaflara şahidi olacağıq.

"Mərkəzi Kəşfiyyat İdarəsinin "cinayət əmrini vəliəhd verdi” şəklində məruzəsi, ABŞ prezidenti Donald Trampın "bu çərşənbə axşamı Qaşıqçının kimin öldürdüyü dəqiqləşəcək” söyləməsi bütün bu hesablaşmalar üçün bu həftənin kritik olacağına işarə edir”, - müəllif qeyd edib./publika.az

© xezerxeber.az


529 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR