Bakı
31 C
USD
EUR
1.7000
1.9944
RUB
GBP
0.0271
2.2843
XƏBƏR
ARXİVİ

Daha bir avtobus qatarla toqquşacaqdı - İki qurum bir-birini ittiham edir - VİDEO

18.11.2018 20:48

Bir neçə ay əvvəl Xəzər rayonu, Binə qəsəbəsində yerləşən dəmiryolu keçidində 3 nəfərin ölümü və 40 sərnişinin xəsarət alması ilə nəticələnən hadisə yenidən təkrarlana bilərdi. Çünki ötən gün 160 saylı marşrut avtobusunun sürücüsü qatar yaxınlaşarkən dəmiryolu keçidini keçmək istəyib və şlaqbaum açılaraq avtobusun üzərinə düşüb.

Baki Nəqliyyat Agentliyindən bildirilib ki, avtobus sürücüsü keçidə yaxınlaşan zaman işıqfor işlməyib və şlaqbaum açıq vəziyyətdə olub. Amma digər bir qurum - "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyəti isə hesab edir ki, bu iddalar əsassızdır.

Xezerxeber.az-ın məlumatına görə, sərnişin avtobusu dəmiryolu xəttini keçmək istəyərkən şlaqbaum açılaraq avtobusun üzərinə düşüb. Görüntüləri isə yaxınlıqda şahidlərdən biri çəkərək sosial şəbəkədə paylaşıb.

Hadisə Paytaxtın Xəzər rayonu, Binə qəsəbəsində baş verib. Metronun "Koroğlu" stansiyasından Binə qəsəbəsi istiqamətinə hərəkət edən 160 nömrəli marşrut avtobusu dəmiryolu xəttini keçmək istəyərkən şlaqbaum açılaraq avtobusun üzərinə düşüb. Bundan sonra isə qatar gəldiyindən avtobus dayanıb və yoluna davam etməyib. Hadisə zamanı ölən və xəsarət alan olmasa da bu məsələ yenidən dəmiryolu xətti yaxınlığında təhlükəsizlik məsələlərini gündəmə gətirir.

Hadisə ilə bağlı 160 nömrəli marşrut avtobusunun sürücüsü Nicat Mahmudov iddia edir ki, avtobus dəmiryolu keçidinə yaxınlaşarkən görünmə sahəsi məhdud olduğundan qatarın gəldiyindən xəbəri olmayıb. Onun sözlərinə görə, ərazidə şlaqbaum açıq olub və işıqfor işləməyib. Buna görə də o, yoluna davam edib.

Məsələ ilə bağlı Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev bildirdi ki, həmin ərazidə şlaqbaum avtobus dayandıqdan sonra bağlanmağa başlayıb və nəticədə avtobusun üstündə qalıb. Onun sözlərinə görə, əgər avtobus şlaqbaum bağlı olduğu halda keçidə daxil olsaydı, şlaqbaum avtobusun üstündə olmazdı.

Baş vermiş hadisəyə "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətindən də münasibət bildirilib.

Qurumun sözcüsü Sevinc Qədirova "Xəzər Xəbər"ə deyib ki, sürücü işıqforun tələblərinə məhəl qoymayaraq keçidi keçmək istəyib. Nəticədə də şlaqbaum açılaraq avtobusun üzərinə düşüb. Qatar gəlməmişdən bir neçə dəqiqə öncə isə həyəcan siqanalı verib. Ancaq sürücü buna məhəl qoymayıb.

"Hər bir halda avtobus və ya digər nəqliyyat vasitələrinin sürücüləri istər görünən, istərsə də görünməyən dəmiryolu keçidlərindən keçən zaman sürəti azaldıb sağa və sola baxmalıdırlar",-deyə Sevinc Qədirova bildirib.

Qeyd edək ki, bir müddət əvəvl sözügedən ərazidə baş vermiş avtobus qəzasında 3 nəfər ölmüş, 40 nəfər yaralanmışdı.

Xezerxeber.az mövzu ilə bağlı daha ətarflı videomaterialı təqdim edir:


© xezerxeber.az

FOTOQALERIYA






528 dəfə oxunub

ÇOX OXUNANLAR