Başqasını güllələmək istəyirdi, dostunu öldürdü - VİDEO

18.11.2018 19:05

Bakıda silahlı insident olub.

Xezerxeber.az-ın məlumatına görə, hadisə Xəzər rayonu, Şüvəlan qəsəbəsində baş verib.

Dünən günorta saatlarında Şərifov Vüqar Bəxtiyar oğlu qəsəbə sakini Babayev Cabir Yaşar oğlunu güllələyərək öldürüb. O, polisə gələrək könüllü şəkildə təslim olub. Bildirilir ki, qətlə yetirilən Cabir Babayev Bakının məşhur "avtoş" larından olub və "Cabir-012" adı ilə tanınıb. Onun ölümü isə təsadüf nəticəsində baş verib. Belə ki, Cabirin dostu Vüqarın qardaşının üzünə xəsarət yetirib. O da həmin şəxsi güllələmək istəyib və bu zaman atəş Cabirə tuş gəlib.

Faktla bağlı cinayət işi başlanıb, istintaq davam edir.



© xezerxeber.az

FOTOQALERIYA






880 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR