Daha bir xaricdə təhsil mərkəzi vətəndaşları aldadaraq pulunu mənimsəyib - VİDEO

18.11.2018 20:45

Bakıda daha bir xaricdə təhsil mərkəzi vətəndaşları kütləvi şəkildə aldadıb. Zərərçəkmişlərdən birinin sözlərinə görə, təhsil mərəkəzi tərəfindən onun pulu alınsa da sonradan bağlanan müqaviləyə əməl edilməyib.

Zərərçəkmiş Zaur Qurbanov ABŞ-da dil kursu üçün 1800 dollar pul ödəyib. Özünə isə 1 həftə sonra Amerikaya gedəcəyi deyilib.

Xezerxeber.az-ın məlumatına görə, Zaur Qurbanov xaricdə təhsil adı altında aldadılan şəxslərdən sadəcə biridir.

O deyir ki, bu ilin may ayında paytaxtın Səbail rayonu Nizami küçəsi 48 ünvanında olan ''Leveland'' xaricdə təhsil mərkəzinə müraciət edib. Orada kursun rəhbəri İsgəndər Ağayevlə görüşərək müəyyən məbləğdə ödəniş edərər müqavilə bağlayıb.

Ödənişdən sonra Zaur Qurbanova deyilib ki, bir həftə sonra Amerikaya gedəcəksən. Bir həftədən sonra Zaur Qurbanov yenidən təhsil mərkəzinə müraciət edib. Amma həmin vaxt təhsil mərkəzinin bağlı olduğunu görüb İsgəndər Ağayevə zəng vurub. Telefonu bağlı olduğundan ona SMS yazıb. Bir müddət sonra İsgəndər Ağayev zərərçəkmiş Zaur Qurbanova mesaj yazaraq bildirib ki hazırda xarici ölkədədir.

Həmin təhsil mərkəzinin bağlanaraq yerində başqa bir şirkətin fəaliyyət göstərdiyini görən Zaur Qurbanov məsələ ilə bağlı Səbail rayon 9-cu polis bölməsinə məlumat verib. Sonradan məlum olub ki, adı çəkilən mərkəz tərəfindən xaricdə təhsil adı ilə yalnız o aldadılmayıb.

Məsələ ilə bağlı İsgəndər Ağayevlə əlaqə saxlamaq istəsək də, onun mobil telefonuna zəng çatmadı.

Səbail rayon Polis İdarəsindən isə bildirildi ki, bu məsələ ilə bağlı araşdırmalar davam edir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətarflı videomaterialı təqdim edir:


© xezerxeber.az

FOTOQALERIYA






518 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR