Yeni salınan yol gələn ildən pullu olacaq - AÇIQLAMA - VİDEO

16.11.2018 20:37

''Gələn ildən etibarən yeni salınan Ələt-Astara-İran sərhəddi avtomobil yolu ödənişli olacaq''.

Xezerxeber.az-ın məlumatına görə, bunu Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin sədri Saleh Məmmədov qurumun yaranmasının 100 illiyi münasibəti ilə keçirilən tədbirdə deyib. Artıq yolda ödəniş edilməsi üçün turniketlərin sifarişi də verilib.

Saleh Məmmədov qeyd edib ki, tikinitisi davam edən Bakı-Rusiya sərhədinə qədər olan avtomobil yolunun da ödənişli olması planlaşdırılır.

Qurumun rəhbəri, hazırda əsaslı şəkildə yenidən qurulan Babək prospektinin istifadəyə veriləcəyi tarixi də açıqlayıb. Qeyd edib ki, Babək prospektində işlərin əsas hissəsi yekunlaşıb. Hazırda prospektdə 1 kilometrlik məsafədə asfaltlanma işləri qalıb.

Saleh Məmmədov, hazırda Bakıda tikintisi davam edən digər yeni yollarda aparılan işlərlə bağlı da məlumat verib.

Bundan başqa, gələn ildən Gəncədən "Qırmızı körpü"yə qədər olan yolun ikinci texniki dərəcədən 1-ci texniki dərəcəli yol kimi təkmilləşdirilməsi nəzərdə tutulub. Həmçinin Ucar- Zərdab-Ağcabədi və Biləsuvar-Bəhramtəpə yolları da yenidən qurulacaq.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


© xezerxeber.az

FOTOQALERIYA






568 dəfə oxunub

XƏBƏRLƏR

10.12.2018 11:50

Neftin qiyməti dəyişdi

ÇOX OXUNANLAR