"Sədərək" Ticarət Mərkəzi YANIR

16.11.2018 12:52

Qaradağ rayonunda "Sədərək” Ticarət Mərkəzinin ərazisində yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən XəzərXəbər-ə verilən məlumata görə, Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış ünvanına cəlb olunub.

Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

Əlavə məlumat veriləcək.

© xezerxeber.az


377 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR