Putinə canlı efirdə zəng edən bloger – Rusiyanın seksual qadını seçildi

16.11.2018 12:25

İnstagram blogeri 9932 səslə zirvəyə yüksəlib.

Rusiyanın Çelyabinsk şəhərində yaşayan bloger Natalya Krasnova Maxim jurnalının sorğusu əsasında Rusiyanın ən seksual qadını seçilib.

Natalya birincilik uğrunda yarışda tanınmış model İrina Şeyxi, müğənni Vera Brejnevanı və aktrisa Natalya Rudovanı geridə qoyub.

İnstagram blogeri 9932 səslə zirvəyə yüksəlib.

Xatırladaq ki, bu ilin iyun ayında Çelyabinskli bloger canlı xəttdə Rusiya prezidenti Vladimir Putinə belə bir sual verib: "Nə vaxt blogging Rusiyada tam hüquqlu peşə hesab ediləcək və o fəaliyyətə görə pul ödəniləcək?”.

Sual verməzdən öncə o, özünü blogerlə yanaşı elmlər namzidi kimi də təqdim edib.

Prezidentin cavabı isə belə olub: "Qanunda bunu qeyd etmək qeyri mümkündür. Blogerlər reklamın hesabına yaşayırlar. Ancaq dövlətin bu fəaliyyət növünün inkişafında marağı var”.

Beauty-bloger Natalya Krasnovanın təkcə Youtube-da 188 mindən çox abunəçisi var.

AzNews.az

© xezerxeber.az


436 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR