Bakı
31 C
USD
EUR
1.7000
1.9944
RUB
GBP
0.0271
2.2843
XƏBƏR
ARXİVİ

Qonaq getdiyi evdən 15 yaşlı qızı qaçırdı, atasına elə bir təklif etdi ki... - AĞLAGƏLMƏZ İYRƏNCLİK

15.11.2018 11:56

Türkiyənin Diyarbəkir vilayətinin Sur mahalında baş verən hadisə ölkənin gündəminə çevrilib.

İnşaat işçisi Mehmet Salih Gülər ​​(48) 15 yaşındakı qızı Berfin Gülərin evlərində qonaq etdikləri ailənin Taner adlı 25 yaşındakı oğlu tərəfindən qaçırıldığını iddia edir.

Qız noyabrın 3-də qaçırılıb. Mehmet Salih Gülər qızının tapılması üçün təhlükəsizlik güclərinə xəbər verib, ancaq Berfin Gülər hələ ​​tapılmayıb. Təxminən 40 gündür qızından xəbər ala bilməyən ata aldığı təkliflə ikinci şok keçirir.

"Oğlanın atasına zəng etdim. Qızımın kiçik olduğunu, öz oğlunun isə 25 yaşında olduğunu söylədim. "Bir cahillik ediblər, qızımı gətirin məsələni bağlayaq” dedim. O da mənə "ailə olaraq 4-5 qızı bu şəkildə qaçırmışıq. Çoxunun da yaşı 15-dən azdır. Kimsə də bizə bir şey edə bilmədi, bundan sonra da edə bilməz”, - dedi. Ona "güclü ola bilərsən, amma mənim dövlətim daha güclüdür, mən dövlətimə, əsgərə, polisə güvənirəm”, - dedim. Qızımın kim tərəfindən qaçırıldığı məlumdur, amma heç bir şey edə bilmirik”, - qızın atası deyib.

Mehmet Salih Gülərin sözlərinə görə, bir müddət sonra tapdığı ailə ona qızının qarşılığında pul və bəyəndiyi 2 qızı təklif edib. O qeyd edib ki, bu təklifi tərbiyəsizlik kimi qiymətləndirib və qəbul etməyib.

Ata növbəti dəfə təhlükəsizlik güclərinə müraciət edərək qızının qaytarılması üçün kömək istəyib./publika.az

© xezerxeber.az


724 dəfə oxunub

ÇOX OXUNANLAR