Pul üçün rinqə çıxan 13 yaşlı uşaq faciəvi şəkildə öldü - VİDEO

15.11.2018 10:42

Taylandda məktəb xərclərini ödəmək üçün Tayland boksuna qatılan 13 yaşlı uşaq beyninə aldığı zərbədən faciəvi şəkildə həyatını itirib. Ata-anası olmayan uşaq 8 yaşından bəri bu işlə məşğul imiş.

Bildirilir ki, başına dəbilqə geyinməyən uşaq beyin qanamasından həyatını itirib.

Ölkədə böyük kədərlə qarşılanan Anucha Tasakonun ölümü uşaqların belə yarışlarda iştirakının qarşısının alınması üçün qanunda dəyişikliklər edilməsi barədə çağırışlara səbəb olub.

Qeyd edək ki, tayland boksu xüsusilə ölkənin ucqar əyalətlərində çox yayılıb. Mahidol Universitetinin araştırmasına görə, bu yarış beyinə gələn zərbələrə görə 15 yaşından balacalar üçün xüsusilə təhlükəlidir.

Ölkə parlamenti 12 yaşından balacaların pul üçün belə yarışlara çıxarılmasını qadağan edəcək qanun layihəsinə baxır.


Faktxəbər

© xezerxeber.az


938 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR