Avtomobilini sayrışan işıqlarla sürdü, digər sürücülərə çətin anlar yaşatdı - VİDEO

14.11.2018 20:35

Gecə saatlarında avtomobili ilə yolda hərəkət edən sürücü sayrışan işıqlarını yandırıb.

Xezerxeber.az-ın məlumatına görə, avtomobilin arxa hissəsinə quraşdırılan bu işıqlar arxadan gələn nəqliyyat vasitələrinin sürücüləri üçün çətin anlar yaşadıb.

Bu görüntülər sürücülərdən biri tərəfindən çəkilərək "Xəzər Xəbər"in votsap nömrəsinə göndərilib.

Qaydaları pozan avtomobilin dövlət qeydiyyat nişanı ''10-MB-405''dir. Kadrlar isə Sabunçu rayonu, "Sovxoz Ramana" kimi tanınan ərazidə çəkilib.

Kadrları çəkən sürücünün dediyinə görə, həmin avtomobilin sürücüsü heç nə olmamış kimi eyni əməlini yol boyu davam etdirib. Sözügedən qayda pozuntusuna isə digər sürücülərin münasibəti birmənalıdır. Onlar bu kimi halın böyük qəza riski yaratdığını deyirlər.

Məsələ ilə bağlı Bakı Şəhər Baş Polis İdarəsinin bölmə rəisi Vaqif Əsədov bildirdi ki, televiziyada və sosial şəbəkələrdə yayılan istənilən qayda pozuntusu ilə bağlı videolar polis tərəfindən araşdırılır. Bu qayda pozuntusuna yol verən sürücü də müəyyən edilərək barəsində qanunauyğun şəkildə tədbir görüləcək.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


© xezerxeber.az

FOTOQALERIYA






397 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR