Qubada avtoxuliqanlıq edən 15 nəfər saxlanılıb - VİDEO

14.11.2018 20:22

Qubada avtoxuliqanlıq edən gənclər saxlanılıb.

Xezerxeber.az-ın məlumatına görə, Quba Rayon Polis Şöbəsi Dövlət Yol Polis Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə rayon ərazisində yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq digər hərəkət iştirakçılarına açıq hörmətsizlik edən bir qrup sürücü saxlanılaraq barələrində qanunvericiliyə uyğun tədbirlər görülüb. Araşdırmalar nəticəsində polis əməkdaşları tərəfindən saxlanılan Quba rayon sakinləri olan 15 gəncin sosial şəbəkələrdə dostluq qrupları yaratdıqları, öncədən konkret tarixdə və ünvanda yarışacaqları barədə elanlar verərək, bu mövzuda müvafiq paylaşımlar etdikləri müəyyənləşib. Daha sonra həmin gənclər şəhərin küçə və yollarında avtoxuliqanlıq hərəkətləri ediblər.

Əsasən Rusiya istehsalı olan "Niva”, "Lada Priora”, "VAZ 2016”, "VAZ 21074” markalı avtomobilləri idarə edərək yollarda intizamsızlıq edən, yol hərəkəti qaydalarını kobud şəkildə pozan bu şəxslər barəsində Quba RPŞ-nin DYPB-nin əməkdaşları tərəfindən inzibati qaydada protokollar tərtib olunaraq baxılması üçün rayon məhkəməsinə göndərilib.

Avtoxuliqanlıq etmiş qrupun bir üzvü - Cahangir Fərzəliyev "VAZ 2115” markalı avtomobillə polis əməkdaşlarının "saxla” əmrinə tabe olmayıb, yol-nəqliyyat hadisəsi törədərək, həmin nəqliyyat vasitəsinin hadisə yerində qoyub qaçıb. Hazırda onun da saxlanılaraq məsuliyyətə cəlb olunması istiqamətində zəruri tədbirlər həyata keçirilir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:



© xezerxeber.az

FOTOQALERIYA






559 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR