5 nəfərin yanaraq öldüyü olayın təfərrüatı: “Ata huşunu itirdi, onu da meyitlərlə apardılar...”

14.11.2018 12:54

Daşkəsən rayonunda 5 nəfərin diri-diri yandığı dəhşətli yanğının təfərrüatı məlum olub.

Rayonun Quşçu kəndindənAzNews.az-a verilən məlumata görə, yanğın gecə saat 01:30 radələrində baş verib:

"Evdə odun peçi yanırmış. Eyni zamanda elektrik peçi də var. Yanğının nədən baş verdiyi hələ aydınlaşmayıb. Amma evdə 5 nəfər diri-diri yanıb. Yananlar ana, onun 3 övladı, bir nəfər isə qadının baldızı uşağıdır. Həmin uşaq onlara qonaq gəlibmiş. Heyvanları evə gəlməyib. Həyat yoldaşı Pənah kişi çıxıb ki, görsün heyvanlar hardadır. Alov yataq otağından başlayıb. Hava dumanlı olduğundan qonşu da eşitməyib. Kənd camaatı xəbər tutub çatana kimi artıq hamı diri-diri yanıb. Heç biri sağ çıxmadı. Evin ancaq divarları qalıb. Qadının həyat yoldaşı həyətə girəndə dəhşətə gəldi. Meyitləri yan-yana görüb başına döyə-döyə qaldı. Hüşunu itirdi, elə onu da meyitlərlə birlikdə xəstəxanaya apardılar. Ağır faciədir”.

Qeyd edək ki, Daşkəsəndə yanğın hadisəsi olub. Rayonun Quşçu kəndindəki evlərdən birində baş vermiş yanğın zamanı 5 nəfər həyatını itirib.

© xezerxeber.az


356 dəfə oxunub

ÇOX OXUNANLAR