Ağır qəzalar baş verib: 3 ölü, 14 yaralı var - VİDEO

13.11.2018 19:56

Yük maşınının təkərini dəyişən sürücü və sərnişinlərini avtomobil vurub.

Xezerxeber.az-ın məlumatına görə, hadisə Ələt-Astara magistral yolunun Neftçala rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.

Yük maşınının təkəri sıradan çıxdığı üçün sürücü maşını yolun kənarında saxlayaraq təmir etməyə çalışıb. Bu zaman sərnişinlər də sürücüyə kömək etmək istəyiblər. Başları təkərin təmirinə qarışdığından onları arxadan gələn digər yük maşını vurub. Qəza zamanı Bakı sakini, 42 yaşlı Aydın Cənnətov hadisə yerində dünyasını dəyişib.

Müxtəlif dərəcəli bədən xəsarətləri alan Astara rayon sakinləri, 23 yaşlı Orxan Mirzəzadə və 19 yaşlı Rəhmin Əsədullayev isə Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Ağstafadakı qəza da ölümlə nəticələnib. Şəmkir şəhər sakini Vüqar Vəliyev idarə etdiyi avtomobillə yolu keçən Ağstafa şəhər sakini Bayraməli Hüseynəliyevi vurub, nəticədə piyada hadisə yerində ölüb.

Bərdə rayonunda da piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Hadisə rayonun Mirzalıbəyli kəndində qeydə alınıb. Minik avtomobili yol kənarında dayanan iki nəfəri - rayon sakinləri, 28 yaşlı Şamo Rüstəmovu və 30 yaşlı Şamo Yusubovu vurub. Şamo Rüstəmov hadisə yerində ölüb. Digəri isə ağır bədən xəsarətləri alaraq Bərdə Rayon Mərkəzi Xəstəxanasının Travmatologiya şöbəsinə yerləşdirilib.

Yevlaxda isə minik maşını sərnişin daşıyan mikroavtobusla toqquşub. Hadisə Yevlax-Xaldan yolunun Quşçu kəndi ərazisində baş verib. Nəticədə mikravtobus yoldan çıxaraq yol kənarındakı arxa düşüb, minik maşını isə zərbənin gücündən iki hissəyə ayrılıb. Qəza nəticəsində xəsarət alan 11 nəfər Yevlax və Mingəçevir xəstəxanalarına yerləşdiriliblər. Bütün faktlar araşdırlır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


© xezerxeber.az

FOTOQALERIYA






533 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR