Avtomobil şüşəsinin buxarını təmizləməyin SADƏ YOLU

12.11.2018 10:34

Avtomobil idarə edənlər qış fəslində demək olar ki, hər gün maşının şüşələrində buxar yaranmasından şikayət edirlər. Texnologiyanın inkişafı ilə bərabər avtomobillərdə bir çox məsələdə rahatlıq yaradıldı. Ancaq avtomobil şüşələrində yaranan buxara bir vasitə tapılmayıb.

XəzərXəbər-in sizə verəcəyi qəribə və təsirli vasitə ilə bu problemdən yaxa qurtara biləcəksiniz.

1. İlk olaraq hamamınızda hər zaman əlinizin altında olan təraş köpüyü və bir parça götürün.
2. Avtomobilinizin şüşəsindəki buxarı yaxşıca təmizləyin və şüşədəki nəmi silin. Daha sonra şüşəyə təraş köpüyünü sıxın, parça ilə yaxşıca yayın.
3. Sonra təmiz bir parça ilə təraş köpüyünü təmizləyin.
Nəticəsinə siz də heyran qalacaqsınız.

ailəm.az

© xezerxeber.az


1178 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR