Oğul 35 yaşlı anasını niyə öldürdü? - Dəhşətli cinayətin ŞOK SƏBƏBİ üzə çıxdı

11.11.2018 17:27

Türkiyənin Dənizli şəhərində qandonduran hadisə baş verib.

3 uşaq anası olan qadın odlu silahla başından vurularaq öldürülüb.

35 yaşlı qadının böyük oğlu polisə verdiyi ifadədə anasının intihar etdiyini iddia edib.

Oğlan əvvəlcə verdiyi ifadədə hadisə əsnasında evlərindən 3 nəfərin çıxıb qaçdığını deyib. Onun 2 yaşlı qardaşı isə anasının yanında olub. Atası da oğlunun bu ifadəsini təsdiq edib. Lakin oğlanın atası ilə başqa ifadələr verməsi polisi şübhələndirib. Onlardan ikinci dəfə ifadə alınıb. Bu zaman oğlan anasını özünün öldürdüyünü etiraf edib. Onun cinayətdə istifadə etdiyi ov tüfəngi evlərinin yaxınlığındakı kolluqdan tapılıb.

Araşdırmalar nəticəsində məlum olub ki, cinayətkar şəxs bir ay öncə evlərində 20 000 tl dəyərində ziynət əşyası oğurlayıb və onun pulunu qumarda xərcləyib. Anası bu durumu öyərib və oğlu ilə aralarında mübahisə yaranıb. Oğlan əsəbiləşib və buna görə də anasını qətlə yetirmək qərarına gəlib

Faktla bağlı cinayət işi davam etdirilir./publika

© xezerxeber.az


1140 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR