Meşədə 18 yaşlı qıza qarşı DƏHŞƏTLİ ƏMƏL – Feysbuk yazışmaları üzə çıxdı - VİDEO

11.11.2018 11:43

Türkiyənin Kahramanmaraş vilayətinin Türkoğlu qəsəbəsində törədilmiş ağır cinayətin üstü açılıb.

"Doğan” xəbər agentliyi xəbər verir ki, meşə sahəsindən keçən su kanalından meyiti tapılan 18 yaşlı Fatma Nur Karaoğlanın qatilinin tapılmasında onun feysbuk yazışmalarının müstəsna rolu olub. Belə ki, polis qızın meyitinin üzərindən onun şəxsiyyətini təsdiq edən sənədi tapıb və həmin adlı feysbuk üzvləri yoxlanarkən gənc qadının həmin paltarda fotoları aşkarlanıb beləliklə qətlə yetirilən şəxsin kimliyi dəqiqləşdirilib. Daha sonra istintaqçılar Fatma Nurun yazışdığı şəxsləri araşdırıb və onun 17 yaşlı O.A ilə mütəmadi ünsiyyətdə olduğu vaxtaşırı görüşdüyü üzə çıxıb.

İstintaqa cəlb edilən gənc oğlan törətdiyi əməli etiraf etməli olub. O, qızı daş parçası ilə başına vuraraq öldürdüyünü deyib.

Araşdırmalar davam etdirilir./publika.az

© xezerxeber.az


854 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR