Əmisi gəlinini qaçıran kişinin DƏHŞƏTLİ SONU - Qubadakı olayın ŞOK TƏFƏRRÜATI - VİDEO

22.10.2018 19:58

Qubada bir qadının, ərinin əmisi oğluna qoşulub qaçması ölümlə nəticələnib. Gəlinin qohumları onları Bakıda tapıb və rayona gətiriblər. Gecə saatlarında isə oğlanı döyərək öldürüblər. Hadisə ilə bağlı 100-ə yaxın kənd sakini dindirilib. Daxili İşlər Nazirliyinin məlumatına görə bir neçə nəfər saxlanılıb.

Qubada ailəli qadını qaçıran kişi döyülərək öldürülüb.

Oktyabrın 19-da 25 yaşlı Aynur Əsədova həyat yoldaşının əmisi oğlu, 26 yaşlı Elşad Əsədov tərəfindən qaçırılıb.Onlar rayonun Tülər kəndində yaşayıblar. Məlumata görə, qadın öz razılığı ilə Elşad Əsədovla birgə gedib. Bundan sonra gəlinin valideynləri və qohumları onları Bakıda tapıblar. Hər ikisini kəndə gətirərək oglanın əl qolunu bağlayıb, döyüblər. Ağır xəsarət alan Elşad Əsədov dünyasını dəyişib.

Ölən gənc subay olub.Onun atası Yaqut Əsədov deyir ki, hadisə gecə saatlarında baş verib və hadisədən səhər xəbər tutub.

Ölənin meyiti atasına verilib. Hadisə ilə bağlı 100-ə yaxın kənd sakini polis şöbəsinə çağırılaraq dindirilib.

Daxili İşlər Nazirliyi də qətllə bağlı məlumat yayıb.Araşdırmalarla qadının həmin gün ərinin qohumu tərəfindən öz razılığı ilə qaçırıldığı müəyyən edilib.Polis və prokurorluq orqanları əməkdaşlarının birgə keçirdikləri istintaq və əməliyyat tədbirləri nəticəsində bu ağır cinayəti törətməkdə şübhəli bilinən bir neçə şəxs saxlanılıb.Faktla bağlı cinayət işi başlanılıb. Hazırda təxirəsalınmaz istintaq və əməliyyat tədbirləri davam etdirilir.

© xezerxeber.az

FOTOQALERIYA






1906 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR