Bakıda sürüşmə zonasındakı çatlar genişlənməkdə davam edir - VİDEO

21.10.2018 19:48

Badamdar sürüşmə zonasındakı çatlar genişlənməkdə davam edir. Bu isə o deməkdir ki, yaxın müddətdə sürüşmənin aktivliyi davam edəcək.

Xezerxeber.az-ın məlumatına görə, ərazidə çalışan mütəxəssislər bildirir ki, torpaq qatında baş verən bütün dəyişikliklər mütəmadi olaraq monitorinq edilir. Monitorinqlərin nəticələrinə görə, sürüşmə zonasında vəziyyət gərgin olaraq qalmaqdadır.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mütəxəssisi Sadiq Əmirasalanovun sözlərinə görə, sürüşmə prosesi davam etdiyindən teorik olaraq hazırda ona heç cür müdaxilə etmək mümkün deyil.

Nazirlik rəsmisinin sözlərinə görə, bir neçə həftəyə yağışların başlayacağını və ərazidəki hazırki vəziyyəti nəzərə alsaq, sürüşmənin aktiv fazasının yaxın müddətdə sabitləşəcəyi gözlənilmir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:



© xezerxeber.az

FOTOQALERIYA






950 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR