Əlil bacısını zorlayan şəxsi tapıb amansızlıqla öldürdü

21.10.2018 16:33

Türkiyənin Bursa şəhərində eşitmə məhdudiyyətli bacısını zorlayan gənci öldürən Yusuf adlı şəxs məhkəmə qarşısına çıxarılıb. Mərhumun atası cinayətkara ömürlük həbs cəzası tələb etsə də, əlini qana bulayan Yusuf bacısının namusunu təmizlədiyini bildirib.

Dünyasını dəyişən Mehmet Kocadoğanın atası isə qızın oğlunu daim sosial şəbəklərədə narahat etdiyini və bu hadisənin üstünü açacağını bildirib.

Xatırladaq ki, bacısının təcavüzə məruz qaldığını öyrənən Yusuf Mehmetə uzun sürən davadan sonra tapançadan atəş açıb. Daha sonra o, hadisə yerindən qaçıb.

Mehmetin atası isə açıqlamasında adını çəkmək istəmədiyi qızın oğluna sevgili gözü ilə baxdığını, lakin oğlunun onu daim dost olaraq gördüyünü iddia edib. Kədərli ata həmçinin dediklərini oğlunun sosial hesabındakı rəylər vasitəsilə sübut edəcəyini bildirib. (Publika.az)

© xezerxeber.az


1853 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR