Qaşıqçının öldürüldüyü günə aid SON GÖRÜNTÜLƏRİ ortaya çıxdı - VİDEO

20.10.2018 16:58

Səudiyyəli jurnalist Camal Qaşıqçının öldürülmədən əvvəlki son görüntüləri yayılıb.

XəzərXəbər xəbər verir ki, C. Qaşıqçının son görüntüləri ölümündən 7 gün əvvəl aldığı evdə qeydə alınıb.

Qaşıqçı həmin gün səhər saat 04:58 radələrində nişanlısı Xədicə Çingizlə evə gəlib. Bir müddət sonra evdən çıxan cütlük 12:17 radələrində təkrar evlərinə geri qayıdıblar.

Qeyd edək ki, C.Qaşıqçı sonuncu dəfə Səudiyyə Ərəbistanının Türkiyədəki Konsulluğuna sənəd almaq üçün müraciət edib. Həmin gündən sonra ondan heç bir məlumat alınmayıb. Günlərdir davam edən araşdırmalardan sonra gecə saatlarında Səudiyyə Ərəbistanı C.Qaşıqçının konsulluğun binasında dava zamanı öldürüldüyünü açıqlayıb.

 Səudiyyə Ərəbistanı cinayəti Kral Salmanın prezident Rəcəb Tayyib Ərdoğanla telefon danışığından bir neçə dəqiqə sonra açıqlayıb./publika.az

Həmin görüntüləri təqdim edirik.

© xezerxeber.az


1008 dəfə oxunub

ÇOX OXUNANLAR