Daşkəsəndə bir ailə qorxu içindədir - Valideynlərini döyərək meşəyə qaçan Firdovsi Bağırov ailəni ölümlə hədələyir - VİDEO

19.10.2018 20:55

Daşkəsənin Qabaqtəpə kəndində bir ailə qorxu içində yaşayır. Çünki valideynlərini ölümcül döyərək meşəyə qaçan Firdovsi Bağırov bir aydan artıqdır, tapılmır. Daim işgəncələrə məruz qaldıqlarını bildirən övladları da atalarının onları öldürəcəkləri ilə bağlı xəbərdarlıq göndərdiyini deyirlər.

Xezerxeber.az-ın məlumatına görə, söhbət Daşkəsənin Qabaqtəpə kənd sakini, əvvəllər narkotik alveri ilə əlaqədar 5 il məhkumluq həyatı yaşamış 48 yaşlı Firdovsi Bağırovdan gedir. Qızı, 15 yaşlı Aytac Bağırovanın sözlərinə görə, atası daim ona və azyaşlı bacı-qardaşına işgəncələr verib.

Məsələni Xəzər Televiziyasında yayımlanan "Səni axtarıram" verilişi ictimailəşdirib. Bir neçə gündür, proqramın əsas müzakirə mövzularından biri olan hadisənin iştirakçısı Aytac Bağırova bildirir ki, atası kənd sakinlərinə də dəfələrlə zərər vurub və sakinlər də qorxu içindədir. Firdovsi Bağırov daim həyat yoldaşını döyüb və onu müxtəlif işgəncələrə məruz qoyub.

Aytac Bağırova deyir ki, atası onların məktəbə getməsinə də qarşı olub və həftədə 1-2 gün dərsə gedə biliblər. Son 2 ildə isə, ümumiyyətlə məktəbə getmirlər.

Sonuncu dəfə sentyabrın 13-də Firdovsi Bağırov valideynlərini ölümcül döyərək evdən qaçıb.

Aytac Bağırovanın sözlərinə görə, atası hazırda rayondakı meşələrdə gizlənir. Onu bir neçə dəfə görən olub. Firdovsi Bağırov ailə üzvlərinin hamısını öldürdükdən sonra polisə təslim olacağı ilə bağlı xəbərdarlıqlar göndərib. Ailə aidiyyəti qurumlardan kömək istəyir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


© xezerxeber.az

FOTOQALERIYA






932 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR