Bakıda ən ucuz və ən bahalı mənzil bu rayonlarda təklif edilir - QİYMƏTLƏR - VİDEO

19.10.2018 20:44

Bakı şəhərində yeni tikili binalarda ən ucuz mənzil Suraxanı, ən bahalı mənzil isə Səbail rayonunda təklif olunur. 2018-ci ilin mənzil bazarında aparılan araşdırmaların nəticələrinə görə, Bakıda yeni tikili binalarda bir kvadratmetrin orta qiyməti 1540 manat təşkil edir.

Xezerxeber.az-ın məlumatına görə, əmlak məsələləri üzrə ekspert Nofəl Quliyev deyir ki, mənzil bazarında yeni tikili binaların ən ucuz satışa çıxarıldığı rayon Abşerondur. Bu rayon paytaxta ən yaxın rayon olduğu üçün burada da mənzilə tələbat yüksəkdir.

Nəsimi və Xətai rayonlarındakı yeni tikililərdəki mənzillərin bir kvadratmetri üçün ortalama qiymət təxminən 2000, Nizami rayonunda 1400, Sabunçuda 1300, Qaradağ rayonunda isə 1150 manat ətrafındadır. Bəzi rayonlarda isə mənzillərin qiyməti yaxınlıqda yerləşən strateji obyektlərə görə dəyişir.

Ekspertin sözlərinə görə, yeni tikililərdə qiyməti formalaşdıran əsas amillərdən biri də tikinti şirkətinin nüfuzudur. Təklif edilən mənzillər təmirsiz satışa çıxarılsa da, bəzi şirkətlər əlavə ödənişlə mənzilin təmirini də həyata keçirir. Bu zaman mənzilin qiymətinin üzərinə hər kvadratmetrə görə 250-500 manat əlavə olunur.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


© xezerxeber.az

FOTOQALERIYA






871 dəfə oxunub

XƏBƏRLƏR

17.11.2018 17:30

Falkao “Real”a keçir?

ÇOX OXUNANLAR