150 ovçu 13 adamı yeyən pələngi axtarır: “Görən kimi vurub öldürün!”

19.10.2018 09:10

13 insanı yeyən pələngi tutmaq üçün 150 ovçudan ibarət komanda təyin olunub.

Hindistanın qərbindəki Maharaştra vilayətində 13 nəfəri öldürən dişi pələngin tutulması üçün 150 ovçudan ibarət xüsusi komanda təyin olunub.

Son iki ildə 13 nəfəri öldürən pələng haqqında "görüldüyü anda vurulsun” qərarı çıxıb.

Heyvan haqlarını müdafiə edən insanlar qərarın ləğv olunması üçün etiraz etsələr də, Ali Məhkəmə bunu qəbul etməyib.
Qərarın ardınca ölkənin məşhur ovçularından olan Nawab Shafath Ali Khan Maharaşta meşələrində dişi pələngi axtarmağa gedib, lakin tapa bilməyib.

Qeyd edək ki, 2014-cü ilin statistikasına əsasən dünyadakı pələnglərin yarısından çoxunun yaşadığı Hindistanda 2 min 226 pələng var. Ölkədə insanlara ən çox hücum edən heyvan isə leopardlardır./AzNews.az

© xezerxeber.az


1049 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR