Bakıda avtobus sürücüsü və avtodəstə rəhbəri həbs olundu - Ağır qəzaya görə - VİDEO

17.10.2018 20:11

Bakıda ölümlə nəticələnən qəzaya görə avtobus sürücüsü və avtodəstə rəhbəri həbs olunub.

Xezerxeber.az bildirir ki, sözügedən hadisə Sabunçu rayonunun Bakıxanov qəsəbəsində baş verib.

Bakı şəhər sakini Şaməddin Cəfərovun idarə etdiyi 208 saylı avtobus paytaxt sakini Vüqar Eyyubovun idarə etdiyi məişət tullantıları daşıyan yük avtomobili ilə toqquşub. Nəticədə yük avtomobilinin sol tərəfində yan güzgüdən tutaraq dayanan fəhlə Eldar Bayramov iki nəqliyyat vasitəsinin arasında qalaraq hadisə yerində dünyasını dəyişıb. Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində hadisə yerindən qaçan avtobus sürücüsü saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib. Araşdırma zamanı onun nəinki sərnişin avtobusu idarə etmək üçün müvafiq kateqoriyasının, ümumiyyətlə sürücülük vəqisəsinin belə olmadığı məlum olub. Bu səbəbdən müvafiq sənədləri olmayan sürücüyə sərnişin avtobusunu idarə etmək üçün icazə verən "Magna trans" MMC şirkətinin avtodəstə rəhbəri Kamil Məmmədov saxlanılıb. Onun barəsində ümumi istifadədə olan nəqliyyat vasitəsinin istismara verilməsi qaydalarının pozulması, eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda maddəsi ilə cinayət işi başlanılıb. Artıq Sabunçu rayon məhkəməsinin qərarı ilə sərnişin avtobusunun sürücüsü Şaməddin Cəfərov barəsində 4, "Magna trans" MMC şirkətinin avtodəstə rəhbəri Kamil Məmmədov barəsində isə 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

© xezerxeber.az

FOTOQALERIYA






595 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR