3 sərnişin avtobusu bir-birinə çırpıldı - VİDEO

17.10.2018 11:34

Hadisə bu gecə olub

Bu gecə Suraxanı rayonunda zəncirvari avtobus qəzası baş verib.

Qəza zamanı "Bakubus" MMC-yə məxsus İveco markalı 3 sərnişin avtobusu toqquşub. Qəza nəticəsində avtobuslar yararsız hala düşüb.

Məlumata görə, qəza avtobuslar qaraja gedərkən baş verib. Ona görə də içərilərində sərnişin olmayıb.

Faktla bağlı araşdırma aparılır. (publika.az)

© xezerxeber.az


461 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR