Videoları rekord qıran Nahidə "Youtube" qazancını açıqladı - VİDEO

16.10.2018 14:35

Gənc müğənni Nahidə Babaşlı Xəzər TV-də yayımlanan 5-də 5 verilişində qonaq olub.

verilişin aparıcısı Zaur Kamal müğənnidən Youtube-də nə qədər qazanc əldə etdiyini soruşub.


Nahidə isə əvvəlcə bu sualdan yayınıb və cavab vermək istəməyib. Ancaq sonradan təkidlərdən sonra müğənni qazancı haqqında danışıb. O bildirib ki, Youtube-da qazanc stabil olmur: "Qazanc bəzən çox, bəzən isə az olur. Elə ay olub ki, 10 min manat qazanc əldə etmişəm".

Qeyd edək ki, Nahidə Babaşlının Youtube kanalı Azərbaycanda ən çox baxış toplayan kanallar arasında ilk pillələrdədir. Onun videoları təkcə Azərbaycan yox, qonşu ölkələrdə də böyük rəğbətlə qarşılanır.

© xezerxeber.az


1507 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR