Qarabağda erməni əsgərin dəhşətli sonu: Öldürdülər, daha sonra...

14.10.2018 13:38

Ermənistan Silahlı Qüvvələrinin Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsinə dislokasiya edilmiş hərbi birləşməsinin əsgəri Jivan Manuelyan öldürülüb.

Teleqraf.com xəbər verir ki, 1999-cu il təvəllüdlü Manuelyan hərbçi kəməri ilə boğularaq qətlə yetirilib.

Hadisə bu ilin avqustun 19-da baş verib. Bu barədə erməni mətbuatına Jivanın anası Mina Manuelyan bildirib.

O, hərbi hissə komandanlığının oğlunun ölümünü bir müddət ailəsindən gizli saxladığını deyib:

"Tez-tez telefonla zəng edirdi. Şikayət etməsə də, hiss edirdim ki, nədənsə qorxur, nəyisə deməyə çəkinir. Telefonuna qulaq asacaqlarından, kənardan eşidiləcəyindən qorxurdu. Tez-tez də pul istəyirdi. Hiss edirdim ki, bu pulları özü üçün istəmir, onu bunun üçün sıxışdırırlar.

Sonra əlaqəmiz kəsildi. Zəng etdiyi nöməni yığdıq, hər dəfə mənə dedilər ki, Jivan xidmətdədir. Danışa bilmirdim, narahat idim. Bir gün isə evimizə məktub göndərdilər ki, oğlunuz hərbi hissənin bağında özünü asaraq intihar edib. Getdik, ekspertiza da bizə onun özünü asdığı rəyini verdi. İnanmadıq, çünki o, özünü asacaq adam deyildi”.

Mina Manuelyan oğlunun əsgər kəməri ilə boğduqdan sonra, bu cinayətə intihar donunu geyindirmək üçün cəsədini asdıqlarını bildirib:

"Cəsədi bizə göstərmək istəmədilər. Amma mən baxdım, onun boğazında bənövşəyi rəngə çalan enli zolaq vardı, əsgər kəmərinin dəmirləri də boynuna batmışdı. Boğazının ortasında isə nazik saman ipinin izi qalmışdı. Kürəyində işgəncə izləri qalmışdı. Oğlumu boğduqdan sonra asıblar”.

Anna Manuelyanın iddiası üzərinə məsələ ilə əlaqədar cinayət işi açılıb.

© xezerxeber.az


901 dəfə oxunub

XƏBƏRLƏR

17.11.2018 17:30

Falkao “Real”a keçir?

ÇOX OXUNANLAR