Həbibdən döyüşlə BAĞLI İNANILMAZ SÖZLƏR: Ölümlə üz-üzə idim və...

14.10.2018 13:34

UFC seriyası üzrə yüngül çəkidə irlandiyalı Konor Makqreqor və Həbib Nurməhəmmədov arasında keçirilən final döyüşü bitsə də, bu döyüş ətrafında gəzən söz-söhbətlər səngimək bilmir.

Böyük maraqla qarşılanan döyüş haqqında danışan Həbib Nurməhəmmədov keçirdiyi əməliyyatlardan narahat olduğunu dilə gətirib:

"Qarışıq döyüş növləri (MMA) üzrə peşəkaram. Bu sahədə heç kim bir-birinin təkrarı ola bilməz. Yalnız güclü və ya zəif ola bilərsən. Mən bu döyüşlər ərəfəsində çox ciddi problemlər yaşamışam. Güclü ağrılara dözüb bu döyüşə hazırlaşmışam. Bu idman növünə davam edə bilmək üçün çəkini daim normada saxlamalısan. Sağlamlığını qorumalısan. Təbii ki, bu məsələ idman sahəsində bir qədər çətindir. Güclü zərbələr ağır travmalara səbəb olur. Bir neçə il öncə mən ölümlə üz-üzə gəlmişəm. Mənim pərəstişkarlarım belə bəlkə də bu barədə xəbərsizdirlər. Daxildə nə baş verdiyini bilmək olmur. Mənim dizimdə, belimdə, qabırğamda olan problemlərdən dolayı çox ciddi əməliyyatlar keçirmişəm. Və bu səbəbdən döyüşdə çox ciddi narahat idim".

Son olaraq H.Nurməhəmmədov onu da qeyd edib ki, qazandığı bütün qələbələr və UFC çempionluğu üçün buna dəyərdi./publika.az

© xezerxeber.az


739 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR