UFC-nin prezidentindən növbəti açıqlama - Həbib mükafatını alacaq

09.10.2018 15:18

"...ancaq diskvalifikasiya ediləcək".

ABŞ-ın Nevada ştatının Atletika komissiyası Həbib Nurməhəmmədovla bağlı qərar verib.

Komissiya UFC 229 turnirində irlandiyalı idmançı Konor Makqreqor üzərində qələbə qazanan dağıstanlı döyüşçünün qazandığı mükafatı özündə saxlayır.

Bu barədə UFC-nin prezidenti Deyna Uayt məlumat verib: "Onlar pulu müsadirə ediblər və mükafatın Həbibə verilməməsini düşünürlər. O, bütün məbləği götürə bilməyəcək. Həbib çempionluq kəmərini saxlayacaq, ancaq diskvalifikasiya ediləcək. Çox güman ki, bu 4-6 ay müddətlik olacaq".

Qeyd edək ki, Konor Makqreqor üzərindəki qələbədən sonra Həbib Nurməhəmmədov iki milyon dollar və yayımın satışından hissə qazanmalı idi. O, döyüşdən sonra rəqibinin komandasına hücum edib. (Unikal.org)

© xezerxeber.az


1296 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR