Bakı
31 C
USD
EUR
1.7000
1.9944
RUB
GBP
0.0271
2.2843
XƏBƏR
ARXİVİ

Bakı məktəbində DƏHŞƏTLİ HADİSƏ: 2-ci sinif şagirdi öldü - VİDEO

25.09.2018 20:52

2-ci sinif şagirdiməktəbdədünyasını dəyişib. Hadisə Sabunçu rayonu 67 saylıtam orta məktəbdə baş verib. Tənəffüs zamanıyemək yeyən şagirdin çörək boğazında qalıb, bu zaman o boğulub.

Ailənin 10 ildən sonra dünyaya gələn tək övladı məktəbdə tənəffüs zamanı dünyasını dəyişib.

Hadisə paytaxtın Sabunçu rayonu ərazisində yerləşən 67 nömrəli tam orta məktəbdə baş verib.Həmin məktəbin 2-ci sinif şagirdi Sabir Xəlilov tənəffüs zamanı içərisində sosiska olan çörəyi yediyi zaman boğulub.Uşaq boğulan zaman dərhal məktəbin tibb bacısının yanına aparıblar.Bundan sonra isə təcili tibbi yardım çağırsalar da uşağın həyatını xilas etmək mümkün olmayıb.

Uşağın əmisi Namus Rzaquliyev deyir ki, uşağın boğazında anginası var idi. O, qarşıdakı aylarda əməliyyat olunacaqdı.

2-ci sinif şagirdi bu gün dəfn olunub.Onun dəfnində məktəb rəhbərliyi ilə yanaşı şagirdlər də iştirak ediblər.Artıq sözügedən hadisə ilə bağlı polis araşdırmaya da başlayıb.

© xezerxeber.az


1865 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR