Yoxa çıxmış təyyarənin axırıncı görüntüləri ortaya çıxdı - Son dəqiqə

25.09.2018 13:33

"National Geographic" sənədli film kanalı 2014-cü ildə Malayziyanın paytaxtı Kuala-Lumpurdan Çinin paytaxtı Pekinə doğru gedərkən yoxa çıxan "MH370” saylı sərnişin təyyarəsi ilə bağlı sənədli film hazırlayıb.

İçərisində 239 nəfərin olduğu "Boeing 777” təyyarəsi radarla əlaqəsi kəsildikdən sonra cənub istiqamətində 6 saat hərəkət edib. Daha sonra yanacağı bitib və avtomatik pilot sistemi bağlanaraq, okeana düşüb.

Fakta görə, təyyarə ilə Cənubi Çin dənizində itmədən bir neçə dəqiqə əvvəl əlaqə yaratmaq mümkün olub.

2015-ci ildə bəzi qalıqları Hind okeanının Reynion adasında üzə çıxmış təyyarə ilə bağlı beynəlxalq axtarış işləri nəticə verməyib.

Təyyarənin istiqamət hərəkətindən çıxdığı və Hind okeanında bilinməyən bir yerə düşdüyü ehtimal olunur.

Hadisə zamanı gec qərarlar verilməsi faciənin səbəbi olaraq göstərilir./AzNews.az

image description

image description

© xezerxeber.az


993 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR