21 yaşlı sevgilisini öldürüb getdi - Bakının məşhur otelindəki qətlin təfərrüatı - VİDEO

24.09.2018 20:58

Abşerondaqətl hadisəsi törədilib. Görüşdüyü şəxs 21 yaşlı qıza 11 bıçaq zərbəsi vuraraqonu öldürüb. Həminşəxs hadisə yerindən qaçsa da, polisionu taparaq istintaqa cəlb edib.

35 yaşlı kişi 21 yaşlı qızı qətlə yetirib.

Hadisə Abşeron rayonunun Fatmayı kəndi ərazisindəkirestoranlardan birində baş verib. Həmin ünvanda 21 yaşlı Aysel Orucovanın bıçaqla qətlə yetirilmiş meyiti tapılıb. Keçirilmişəməliyyat-axtarış tədbirləri nəticəsində qətli münaqişə zəminində törətməkdə şübhəli bilinən Kürdəmir rayon sakini, əvvəllər də qəsdən adam öldürməyə cəhdə görə məhkum olunmuş 35 yaşlı Nəriman Əliyevmüəyyən edilərək saxlanılıb.

Araşdırma zamanı məlum olub ki, saxlanılan şəxs 21 yaşlı Aysel Orucovanı 3 ildir tanıyırmış və tez tez görüşürlərmiş. Nəriman Əliyev hadisəni ona yalan danışdığına görə törətdiyini deyib.

O, qıza 11 bıçaq zərbəsi vuraraq öldürüb. Sonra ərazidən qaçsa da, polis əməkdaşları onu tutaraq məsuliyyətə cəlb edib. Faktla bağlı araşdırmalar davam etdirilir.

© xezerxeber.az


1107 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR