Torpaq alıb ev tikmək, hazır mənzil almaqdan daha sərfəlidir - VİDEO

23.09.2018 20:30

Bakı şəhərinin bəzi ərazilərindəki binalardan ev almaqdansa, torpaq alıb ev tikmək daha ucuz başa gəlir. Bu, daha çox paytaxtın mərkəzi hissələrindən kənarda olan ərazilərə aiddir.

Xezerxeber.az-ın məlumatına görə, əmlak eksperti Nofəl Quliyev bildirir ki, bu ərazilərdə bina evlərindən mənzil alan vətəndaş, torpaq alaraq həmin yerdə ev tiksə əhəmiyyətli dərəcədə böyük vəsaitə qənaət etmiş olur.

Ekspert, kimlərin həyət evləri tikməyə daha çox üstünlük verdiyini və bunun səbəblərini də açıqlayıb.

Nofəl Quliyev onu da bildirir ki, adətən binalarda mənzil alan zaman onu bir neçə il sonra satanda fərq o qədər böyük olmur. Ancaq həyət evi tikib onu satanda çəkilən xərcin iki qatına yaxın baha qiymətə bazara təklif oluna bilir.

Mütəxəssis, torpaq alarkən isə onun əsasən sənədlərinin və təyinatının yerində olmasına xüsusi diqqət edilməsini tövsiyə edir. Çünki tikinti təyinatı olmayan torpaqlarda inşa edilən evlərin sahibləri sonradan ciddi problemlə üzləşə bilərlər.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


© xezerxeber.az

FOTOQALERIYA






1425 dəfə oxunub

XƏBƏRLƏR

17.12.2018 09:51

Turin derbisi - VİDEO

ÇOX OXUNANLAR