DİN dəhşətli qəzada ölənlərin adlarını açıqladı - VİDEO

21.09.2018 12:59

Daxili İşlər Nazirliyi ötən gün Xətai rayonu ərazisində baş verən dəhşətli yol qəzası ilə bağlı məlumat yayıb.

XəzərXəbər DİN-in saytına istinadən xəbər verir ki, sentyabrın 20-də saat 18 radələrində Xətai rayonu ərazisində Bakı şəhər sakini Anar Əzimov idarə etdiyi "Hyundai” markalı avtomobili yolun kənarındakı metal dirəyə vurub. Nəticədə sürücü və sərnişinləri - həmyerliləri Həsən Məmmədsadıqov, Nurlan Rüstəmov və Qəbələ rayon sakini Hafiz Bilalov hadisə yerində ölüblər.

Xətai RPİ tərəfindən araşdırma aparılır.

© xezerxeber.az


1230 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR