Gələn il qəbul imtahanlarının maksimal balı açıqlandı

21.09.2018 11:38

"Gələn il də ali məktəblərə qəbul üçün maksimum bal 700 olacaq. Lakin abituriyent bu balın 300-nü buraxılış imtahanı zamanı, 400-nü isə qəbul imtahanlarında toplaya bilər"

XəzərXəbər xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.

DİM rəhbəri qeyd edib ki, balları cəmləşdirəndə ali məktəbə qəbul üçün maksimal bal yenə 700 olur. "Yeni model ictimaiyyətə bir il əvvəl təqdim olunub. Məlumdur ki, qəbul imtahanında hər bir ixtisas qrupu üzrə 5 imtahan fənni təqdim olunur. Gələn ildən isə imtahan fənlərinin sayı azaldılaraq 3-ə endirilib. Sualların tərkibində müəyyən dəyişikliklər olacaq. Bu isə ölkədə tədbiq olunan kurikulum sistemindən irəli gəlir".

M.Abbaszadə qeyd edib ki, yəni model imtahanda sualların təqdim olunma formatı da dəyişdiriləcək, yəni daha çox açıq tipli suallar, eləcə də tək biliyi deyil, bacarıqları ölçən suallar tərtib olunacaq.

"Keçən ilin yazında bu modelə uyğun sınaq imtahan keçirdik. Bu imtahan 11-ci sinfin proqramına əsaslanırdı. Həmin imtahanın nəticələrini Təhsil Nazirliyi ilə birgə müzakirə etdik. Yəqin ki, oktyabrın sonu noyabrın əvvəlində 10-cu sinfin proqramı çərçivəsində belə sınaq imtahanı keçirməyi planlaşdırırıq".

© xezerxeber.az


992 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR